Üç güləşçimiz “Paris-2024”ə lisenziya əldə etdi – YENİLƏNİBbackend

Üç güləşçimiz “Paris-2024”ə lisenziya əldə etdi - YENİLƏNİB

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

KONKRET.az xəbər verir ki, Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.

*** 21:21

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

KONKRET.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsinə malik idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb

Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.

Bu, Azərbaycanın “Paris-2024″ə ümumilikdə 21-ci lisenziyasıdır.

18:32

Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.

Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*