Üç ölkə İrana qarşı birləşdi: Öhdəlikləri yerinə yetir!backend

Üç ölkə İrana qarşı birləşdi: Öhdəlikləri yerinə yetir!

İranın metal uran istehsalına başlaması bizi dərindən narahat edir.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa, Almaniya və İngiltərə Xarici İşlər Nazirlikləri birgə bəyanatla çıxış edib.

“İranın metal uran istehsalının mülki etibarlılığı yoxdur. Bu da potensial olaraq hərbi sahədə ciddi problemlər yarada bilər. Nüvə anlaşması çərçivəsində İran metal uran istehsal etməyəcəyi və 15 il müddətində bu mövzuda araşdırma aparmayacağı barədə öhdəlik götürüb. Tehran rəhbərliyini nüvə anlaşmasındakı öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – bəyanatda bildirilib.

Qeyd edək ki, İranın BMT-nin Vyanakı ofisindəki daimi nümayəndəsi Kazım Qərib Abadi təbii urandan ilk mərhələdə metal uranının istehsalı üçün istifadə ediləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*