Üç ölkə Qəzzada dərhal atəşkəsə çağırış etdibackend

Üç ölkə Qəzzada dərhal atəşkəsə çağırış etdi

Misir, Fransa və İordaniyanın xarici işlər nazirləri Qəzzada dərhal atəşkəs və Həmas tərəfindən saxlanılan bütün girovların azad olunmasına çağırış ediblər.

KONKRET.az xəbər verir ki, müraciət şənbə günü Misirin paytaxtı Qahirədə üç diplomatın görüşündə reallaşıb.

Birgə mətbuat konfransında danışan Fransanın xarici işlər naziri Stefan Sejournet də hökumətinin BMT Təhlükəsizlik Şurasına müharibənin siyasi həllinə çağıran qətnamə layihəsi təqdim edəcəyini bildirib.

Fransa Xarici İşlər Naziri bildirib ki, mətndə İsrail-Fələstin münaqişəsinin iki dövlətli həlli üçün bütün meyarlar yer alacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*