Ucarda elektrik yarımstansiyasında yanğın baş verdi – YENİLƏNİBbackend

Ucarda elektrik yarımstansiyasında yanğın baş verdi - YENİLƏNİB

Ucarda elektrik yarımstansiyasında güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Rayonun Müsüslü kəndində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yağ açarlarının birində baş verən partlayış nəticəsində yanğın başlayıb. Hadisə yerinə FHN- nın Ucar və Kürdəmir Rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində Göyçayın 2, Ucarın isə 4 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*