Ucarda məktəb binası yandı – FOTOLARbackend

Ucarda məktəb binası yandı – FOTOLAR

Ucarda məktəb binasında yanğın olub. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Ucarda məktəb binası yandı Ucarda məktəb binası yandı Ucarda məktəb binası yandı Ucarda məktəb binası yandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*