Ucarda qəza — Xəsarət alan varbackend

Ucarda qəza — Xəsarət alan var

Ucarda eyni ərazidə eyni vaxtda 2 yol qəzası olub, xəsarət alanlar var.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Birinci qəzada Bakı istiqamətində hərəkətdə olan traktorla yük avtomobili toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetmədən çıxan yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adıçəkilən ərazidə baş verən digər qəzada isə iritonnajlı yük avtomobili ilə “Vito” markalı sərnişin avtomobili toqquşub.

Birinci qəzada müxtəlif xəsarətlər alan 2 nəfər – traktorun sürücüsü, Ucar rayon sakini,1990-cı il təvəllüdlü Xasıyev Şomul Gülməmməd oğlu və yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Vəli Nizami oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*