Ucarda təcili tibbi yardım maşını aşdı, 5 nəfər xəsarət aldıbackend

Ucarda təcili tibbi yardım maşını aşdı, 5 nəfər xəsarət aldı

Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili “VAZ-21011” markalı minik maşını ilə Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb.

Nəticədə 5 nəfər – təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, “VAZ” markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri – 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*