Üçuşaqlı analara ŞAD XƏBƏR – Güzəşt ola bilərbackend

Üçuşaqlı analara ŞAD XƏBƏR - Güzəşt ola bilər

Millət vəkili Vüqar Bayramov 3 uşaqlı analara erkən pensiya hüququnun verilməsini təklif edib. O, uşaq sayına görə qadınların pensiya yaşının azaldılmasının sosial təminatı gücləndirəcəyini bildirib.

Qeyd edək ki, hazırda qadınların pensiya yaşı 64-dür və bir ildən sonra isə 65 olacaq.

KONKRET.az xəbər verir ki, təklifə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli ajans.az-a söyləyib ki, 2019-cu ilin statistik məlumatına əsasən, Azərbaycanda 256 261 üçuşaqlı ailə var:

’Bu, əvvəlki illə müqayisədə yarım faiz azalma deməkdir. Pandemiyadan sonra isə bu sahədə rəsmi statistik məlumatlar açıqlanmayıb. Orta hesabla götürdükdə, hazırda ölkədə təxminən 300 min ailənin 3 uşağı var. Fikrimizcə, bu rəqəm o qədər də yüksək deyil. Əgər üçuşaqlı analara erkən pensiya hüququ verilməsi təklifi reallaşsa, bu, dövlət büdcəsi üçün təxminən 25 faiz əlavə xərc demək olar”.

Ekspert vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlara əsasən, 2024-cü ildə fondun gəlirlərində artım müşahidə olunub:

” Gözlənilir ki, 2025-ci ildə də əlavə 10 faiz artım baş versin. Belə olan halda, üçuşaqlı anaların vaxtından əvvəl pensiyaya çıxması və ümumilikdə çoxuşaqlı ailələrin müəyyən imtiyazlarla təmin olunması mümkün görünür.

Bu istiqamətdə artıq müvafiq təkliflər də irəli sürülüb və məsələ hazırda dövlət qurumları səviyyəsində müzakirə olunur. Hesab edirəm ki, üçuşaqlı analara müəyyən güzəştlərin verilməsi sosial ədalətin təmin olunması baxımından düzgün addım olardı’’.

  • Könül Qədirova Vahid qizi
    Aprel 8, 2025 - 22:33

    Salam.Menim üç övladım var ve tek anayam.Cox çətindir mene Maddi cəhətdən,isleyirem de yenə catdira bilmirəm.Men bilmirem təyin etdikləri yaşa kimi yaşayacam ya yox,üç uşağa görə uşaq pulunu təyin edin,mene bu lazımdır.Yaziginiz gelsin bize.Hec olmasa beş uşaqlara verilən 105azn üç uşaqlar üçün de təyin olunsun.Aylardir oxuyuram izleyirem xeberləri bu mövzu ortaya çıxandan,sevinmişdim.Ancaq milli məclisin sonuncu pleniumunda yalnız beş uşaqlığa təyin olundu.İnanin çox çətindir mene,ali təhsilliyem,ancaq çətindi dolanmaq,heç yerdənde köməyim yoxdur.

    • Aşurlu A.A.
      Aprel 9, 2025 - 08:17

      Mençede xanim duz deyir bu zemanenan
      Ayaglaşmag çox çetindir gedib o dunyani gorub gelirsen.rebbim yar ve yardimçimiz olsun.

  • Mehri Qədirova
    Aprel 8, 2025 - 23:17

    Salam.Menim dörd övladım var,dörd əsgər böyüdürəm,ancaq çox çətinliklə,lap körpənin 5yasi olacaq.Dovletden heç bir komek yoxdur,yoldaşım və mən çalışırıq qazandığımızin bereketi yoxdur.Mene pensiya yaşı lazım deyil,uşaqlarım böyüyüb komek olacaq zaten,mene uşaq pulu lazımdır komek olar heç olmaya.İndi çətinliklə uşaq böyüdüm,sabah veren üçün qapını döyüb uşağını əsgər aparsınlar,beş bu dövlət ne komek oldu bize onları böyütmək de.Mekteb formasını ala bilmedim keçen il yuyulmaqdan balaca olan paltarlarla yola veririk ili.Usaqlarim utanırlar.Usaq pulu verilsin dörd uşaqlığa da ne olar ki,dörd uşaqli çox uşaq sayılmır ki..

    • Nara
      Aprel 9, 2025 - 01:28

      Ağlamayın!Tələb efin!Haqqınızdır!

    • Aygün Cəfərova
      Aprel 9, 2025 - 03:55

      4 uşağım var idi biri rəhmətə gedib.Tək yoldaşım işləyir çatdırmaq olmur bəli məktəb formaları yaz açılıbb yuyulmaqdan solub çünki hərəsinə 1 kötnək ala bilmişdik indi ala bilmirik o pis haldakı köynəklə dərsə gefirlər 2 əsgər və 1 gələcəyin anasınıda mən böyüdürəm heçbir dəstək yoxdu dövlətdən amma əsgər yaşı çatan kimi tapacaqlar oullarımı.Sanki bizlə bərabər böyüdürlərmiş kimi.Çox xahiş edirik uşaqpulu tələbimizi görün və təmin edin eyy aidiyyatı qurumlar!

    • Calal
      Aprel 9, 2025 - 06:42

      Burada yazmağın heç bir əhəmiyyəti yoxdur.Şikayəti müvafiq dövlət qurumlarına edin.

    • Aysel
      Aprel 9, 2025 - 22:53

      Men pensiya yadina atanda övladlarım özleri özleroni idare edecek. Mene indi lazimdir ki onlarin istediklerini ala bilim hazirliga qoya bilim onlara tehsil vere bilim. Mene 35 il sonra lazim deyil

  • Samir
    Aprel 8, 2025 - 23:36

    Çox təəsüf ki bizə qanuna miməmiş məsələni çox müzakirə edirlər
    Mən belə başa düşürəm bu qanunu qəbul etmək istəmirlər .

  • Cabir
    Aprel 9, 2025 - 01:07

    Camahadı ümüd verib aldadırsız .vaxd udursuz.əziyyət verirsiz çox uşağı ailələrə

  • Gunel
    Aprel 9, 2025 - 08:04

    Mənim də Üç uşağım var onları hələ pul tapıb böyüdək qalsın pensiyamiz gündə bir xəstəlik yayılır camaat 50yaşa çatmamiş qırılır kim pensiya yaşina çatır ki

  • Günay
    Aprel 9, 2025 - 08:13

    Salam .3 qızım var.kiçiyin beş yaşı var. Az gəlirli ailəyik .sosial yardım və ya 3uşaqlılara aid uşaq pulu verilsəydi dövlət tərəfindən yaxşı olardı. Diqqətinizə görə sağ olun.

  • Gunel
    Aprel 9, 2025 - 08:28

    Salam mənim də Üç uşağım var pul tapaq onları böyüdək qalsın pensiya indi pensiya yaşina çatan var gündə bir xəstəlik yayılır 50 yaşa çatmamiş camaat qırılır

  • Güneş
    Aprel 9, 2025 - 10:15

    3,4,5 olan analara uşaq pul verilsin baxmaq olmur

    • Aysel
      Aprel 9, 2025 - 17:47

      Salam menimde 3 ovladim var esas usaqpuludu men nebilimki 60 yas yasiyacam ya yox

  • Adsız
    Aprel 9, 2025 - 13:26

    Mənimdə 5 övladım var. Heç qəpikdə gəlmir hökümətdən. Sosialda düzəldə bilmirik. Çox çətinliklə böyüyür uşaqlar.

  • Aytən
    Aprel 9, 2025 - 14:18

    Mənimdə 3 övladım var. 40 yaşdan yuxarı işə götürmürlər ki yaslısan pensiya da vermirlər ki yaşın düşmür. Kimə deyəsən necə edəsən bilmir adam. İş tapmaq cətin. Tapançadan yaşın kecib deyirlər.

  • Aynur Memmedzade
    Aprel 9, 2025 - 16:07

    Teleb edirik 3 ovladim var ikisi esger gedecey gelen il o birj il hele bir uşaq pulu nedi bilmirler .islemirik de hec yer de ise goturmur sukayet de edirik .nece dolanq nece boyudek balalarimizi sizin vicdaniniz olsun bir ay boyukler

    • Mirzəyev Malik Ağamirzə oğlu
      Aprel 9, 2025 - 19:41

      Uç uşaq böyuduruk dövlətdən heç bir dəstəy yox gəlişimizin ailədə 200m

  • Validə
    Aprel 10, 2025 - 00:35

    Salam mənim üç uşağım var iki qız bir oğlan yoldaşımnan bizdə çalısıriq həm kirədə galıriq vallah çattirmaq olmur xaiş edirəm kömək edin bizə

  • Esmira
    Aprel 10, 2025 - 00:45

    Ay dövlət rəhbərləri,dövlət qurumları,bəsdirin millətin hissləri ilə oynadınız.Yalan vədlər biz insanları artıq cana boğaza yığıb.Ərzaq məhsullarının,kommunalların bahalaşdığı bir dönəmdə milləti az dolayın.Bizimdə üç övladımız var , Allah olmayanlarada nəsib eləsin,amma saxlamaq,böyütmək indiki zamanda çox çətinləşib.Ehriyaca görə uşaqların ikisini dərsə göndərmirik ki,ekanomiya edək bir təhər qarınlarına çörək alaq.İşləmirik .Sosial müavinət də bir verirlər iki ildə bəhanə gətirib imtina verirlər.Belə dövlət, hökümət olar?Dövlət öz vətəndaşına sahib çıxa bilmirsə , qayğı göstərə bilmirsə bu nə dövlətdir,hələ bir pensiya yaşınada güzəşt edə.Milləti az aldadı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*