Udinlər növbəti dəfə Xudavəng monastırında – FOTObackend

Udinlər növbəti dəfə Xudavəng monastırında - FOTO

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər.

KONKRET.az-ın məlumatına görə, onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından biri olan Xudavəng monastırını ziyarət edəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*