UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli oldubackend

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb

KONKRET.az xəbər verir ki, mərasim saat 15:00-da başlayıb. Püşkatmada “Qarabağ”ın da rəqibləri məlum olub.

Belə ki, Azərbaycan təmsilçisi “Tottenhem”, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq.

“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).

Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*