UEFA “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Napoli”yə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
UEFA-nın xəbərdarlığına səbəb “Napoli”nin Liqa mərhələsinin 4-cü turunda Niderlandda PSV-yə uduzduqları (2:6) oyunda əxlaq davranışları qaydalarını pozması olub. Həmin vaxt komandanın baş məşqçisi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
Qeyd edək ki, “Qarabağ” ÇL-də növbəti matçını məhz “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-də oynanılacaq.
