UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdibackend

UEFA növbəti dəfə "Qarabağ"a ödəniş etdi

UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*