UEFA “Yuventus”la bağlı araşdırmalara başladıbackend

UEFA "Yuventus"la bağlı araşdırmalara başladı

UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliya “Yuventus”u ilə bağlı araşdırmalara başlayıb.

KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.

Bildirilib ki, daha əvvəl klubun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

İtaliya mətbuatında “Yuventus”un yeni prezidentinin Canluka Ferrero olacağına dair iddialar yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*