Keçmiş UFC döyüşçüsü Phil Baroni sevgilisini öldürməkdə şübhəli bilinərək həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Tribuna de la Bahía” məlumat yayıb.
Bildirilib ki, idmançının xəyanətə görə döydüyü qız oteldə ölü tapılıb. Baroni özü polisə sərxoş vəziyyətdə gəlib.
Qeyd edək ki, döyüşçünün 46 yaşı var. 2019-cu ildə başa çatan karyerası ərzində idmançı 35 döyüş keçirib və 16-da qalib gəlib.
Bundan əvvəl UFC prezidenti Dana Uaytın Yeni il gecəsi klubda həyat yoldaşı ilə dava etdiyi bildirilib.
İqbal Rzayev,
KONKRET.az