“Rusiya ordusu Kursk vilayətinin itirilməsindən sonra böyük qüvvə ilə Ukraynanın şərqinə hücum edərək ciddi irəliləyiş əldə edib”.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times”da məqalə yayımlanıb.
Mənbə yazır ki, Ukrayna silahlı qüvvələrinin əsas hissəsi Kurska yönəldiyindən digər cəbhələrdə çatışmazlıqlar yaranıb.
Bildirilir ki, peyk məlumatlarına əsasən demək olar ki, ruslar strateji cəhətdən çox əhəmiyyətli olan Pokrovsku ələ keçirmək üzrədir. Buna görə də Ukrayna hökuməti əhalinin təxliyəsi əmrini verib.
Müəllif qeyd edir ki, Pokrovskun müdafiəsi Kurska hücumdan daha vacibdir. Ordunun artilleriya komandanlığı da silah-sursat çatışmazlığından şikayətlənib.
Yerli və beynəlxalq hərbi analtiklər isə rus əsgərlərinin Ukraynanın şimalındakı ərazilərini ələ keçirməsində əsas günahkar kimi prezident Zelenskini görürlər. Bəzi ekspertlər Kursk vilayətinə hücumun doğru olmadığını dilə gətirir.
Xatırladaq ki, Ukrayna silahlı qüvvələri bir neçə həftə əvvəl Rusiyanın Kursk vilayətinə hücum edib və yüzlərlə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Məlik,
KONKRET.az