Ukrayna Avropa Komissiyasına nota verdibackend

Ukrayna Avropa Komissiyasına nota verdi

“Ukrayna Rusiya ilə nüvə sənayesində əməkdaşlığın mümkün intensivləşməsi ilə əlaqədar Avropa Komissiyasına etiraz notası göndərib”.

KONKRET.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.

““Rosatom” Putin rejiminin bir hissəsidir, onun terror hərəkətlərini dəstəkləyir və nüvə obyektlərini təhlükə altına qoyur”, – deyə o ildirib.

Baş nazirin sözlərinə görə, Ukrayna Macarıstanda nüvə reaktorlarının tikintisi layihəsinin “Rosatom” tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin qərara yenidən baxılacağını gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*