Ukrayna – Azərbaycan matçının baş hakimi müəyyənləşdibackend

Ukrayna - Azərbaycan matçının baş hakimi müəyyənləşdi

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq görüşü FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Avstriyalı hakimə Yorqen Roland Riedellə Santino Şrayner kömək edəcək. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*