Ukrayna Braziliyaya çağırış etdi: “Putini həbs edin”backend

Ukrayna Braziliyaya çağırış etdi: "Putini həbs edin"

“Ukrayna Braziliyaya çağırış edərək Putinin həbs edilməsini tələb edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru Andrey Kostin Braziliya hakimiyyətinə Rusiya prezidenti Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək “G20” sammitində iştirak edəcəyi təqdirdə onun həbs edilməsini istəyib.

Hökumət rəsmisi qeyd edib ki, Braziliya tərəfi bu addımı atmaqda borcludur:

“Bir daha qeyd etmək istərdim ki, Braziliya hakimiyyəti “Roma Statusuna” üzv olan dövlət kimi onu həbs etməyə borcludur”.

Baş prokuror Putinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətin birləşməsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl Ukrayna Monqolustan və Türkmənistana müraciət edərək Vladimir Putinin həbs olunmasını xahiş etmişdi.

Xatırladaq ki, “G20” sammiti noyabrın 18-19-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*