Ukrayna Brejnevlə bağlı QƏRAR VERDİbackend

Ukrayna Brejnevlə bağlı QƏRAR VERDİ

Ukrayna SSRİ-nin lideri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevi Kiyevin fəxri vətəndaşı adından məhrum edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Strana” nəşri yazıb.

Qeyd olunub ki, mərhum baş katibdən titulun alınması təklifi Kiyev Şəhər Şurasına 2023-cü ilin martında daxil olub.

Həmçinin bildirilib ki, fəxri vətəndaş statusuna xitam verilsə belə, hökumətin Brejnevə verdiyi mükafat atributlarını şəhər şurasının mülkiyyətinə qaytarmaq imkanı yoxdur.

Məlumata görə, Brejnev bu titulu alan ilk şəxs olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*