Ukrayna bu ölkə ilə dron istehsal edəcəkbackend

Ukrayna bu ölkə ilə dron istehsal edəcək

Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.

Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər.

“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, – deyə məlumatda bildirilir.

Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*