Ukrayna bu yolla müharibəni uda bilər – ŞOK PLANbackend

Ukrayna bu yolla müharibəni uda bilər - ŞOK PLAN

ABŞ-ın nüfuzlu “The Atlantic” nəşri yazır ki, Rusiya müharibədə zamanın öz tərəfində olduğunu düşünsə də, vəziyyət tədricən Ukraynanın xeyrinə dəyişə bilər.

KONKRET.az bildirir ki, məqalə müəllifi, jurnalist Robert Uort Ukraynanın cəbhə bölgələrinə səfərindən sonra qeyd edib ki, say üstünlüyünə baxmayaraq, Rusiya ordusu ciddi itkilər verir.

Ukrayna isə müharibənin uzanacağını nəzərə alaraq öz institutlarını uzunmüddətli mübarizəyə uyğunlaşdırır, döyüş təcrübəsindən öyrənir və riskləri minimuma endirərək düşmənə davamlı zərbələr vurur.

Nəşrin təhlilinə görə, bu transformasiya göstərir ki, “vaxtın Rusiyanın xeyrinə işləməsi” fikri artıq öz aktuallığını itirir və üstünlük tədricən Ukraynanın tərəfinə keçir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*