“Ukrayna döyüşdə üstünlüyü ələ alacaq, Rusiya imperiya kimi məhv olacaq” – ŞOK AÇIQLAMAbackend

"Ukrayna döyüşdə üstünlüyü ələ alacaq, Rusiya imperiya kimi məhv olacaq" - ŞOK AÇIQLAMA

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar başlayacaq. Bəs görəsən, bu danışıqlardan gözləntilər nədir? Ümumiyyətlə, müharibənin aqibəti necə olacaq?

Mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib:

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

“Rusiya və Ukrayna arasında ciddi atəşkəs sazişinin imzalanacağı gözlənilən deyl. Çünki hər iki tərəfin tələbi maksimaldı. Rusiya işğal etdiyi ərazilərin onun torpağı kimi tanınmasını istəyir. Bu ərazilərdən ukrasynalıların tamamilə çıxarılmasını tələb edir. Amncaq bu, real deyil. Ukrayna isə əksinə, Rusiyaya işğal etdiyi əraziləri boşaltmağı tələb kimi irəli sürür. Ancaq bu da gerçəkləşən tələb deyil. Çünki Rusiya işğal etdiyi ərazilərdən çıxmayacaq. Ona görədə ciddi bir güzəştlərin olacağına inanmıram. Danışıqlar baş tutacaq. səhəri gün isə tərəflər yenidən silahlı mübarizəni davam etdirəcəklər. Ukraynada hələlik hakimiyyət xalqı nəzarətdə saxlayıb və buna görə də müqavimət göstərə bilir. Rusiya isə digər üsullarla nəsə etməyə çalışır”.

Politoloqun sözlərinə görə, hələlik cəbhədə üstünlük Rusiya tərəfindədir:

“Rusiya digər ölkələri cəlb etməyə çalışır. Çünki insan resursu tükənmək üzrədir. Məsələ ondadır ki, ruslar vuruşmurlar. Putin isə risk edib onları qurbana çevirmək istəmir. Digər “qara” millətləri döyüşə cəlb edir. Fikrimcə, Ukrayna ABŞ-dan dəstəyi davamlı ala bilsə və dirəniş göstərsə, Rusiya üçün çətin olacaq. Sonda isə üstünlük ümumiyyətlə Ukrayna tərəfinə keçəcək və Rusiya imperiya kimi dağılacaq. Düşünürəm ki, gedişat bu nəticəyə gətirib çıxara bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*