Ukrayna hərbçisinin XƏBƏRDARLIĞI: Uqledarı itirməyə yaxınıqbackend

Ukrayna hərbçisinin XƏBƏRDARLIĞI: Uqledarı itirməyə yaxınıq

Uqledar istiqamətində ruslar Ukraynanın iki güclü məntəqəsini ələ keçirib və Novoukrainkaya doğru irəliləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbçisi “Muçnoy” çağırış işarəsi ilə məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları Uqledarın qərbində əsas qalanı ələ keçirib.

“Bizim yaxşı çıxış yollarımız yoxdur. Düşmən dronlarla qalan hər şeyi asanlıqla idarə edir və “PTUR”larla atəş açır.

Düşünürəm ki, bizim kazaklar oradan getməlidirlər, çünki halqa yavaş-yavaş daralmağa başlayacaq”, – deyə “Muçnoy” əlavə edib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*