Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin müavinlərini işdən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Məlumata görə, işdən çıxarılanlar arasında Anna Malyar da var.
O cümlədən, Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar və Denis Şarapov da Ukrayna müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər.
Bundan əlavə, Andrey Şevçenko müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini vəzifəsindən, Vitali Deyneqa Ukrayna müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini, Konstantin Vaşşenko isə dövlət katibi vəzifəsindən azad edilib.
Ariz Həsənoğlu,
KONKRET.az