Ukrayna ilə bizi müqayisə etmək axmaqlıqdır – Kremlbackend

Ukrayna ilə bizi müqayisə etmək axmaqlıqdır - Kreml

Rusiya hakimiyyəti müxalifətin mətbuat orqanlarının fəaliyyətini dayandırmır və öz vətəndaşlarına qarşı sanksiya tətbiq etmir, bu səbəbdən Moskva və Kiyevin siyasəti arasında müqayisə aparmaq axmaqlıqdır.

KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Arada iki böyük fərq olduğunu deyən Peskov Rusiyadakı aksiyalarda Ukraynadakı müxalifətə edilən zülmlə eyni nümunələri görmədiyini vurğulayıb:

“Rusiyada heç kim medianı bağlamır. Son dərəcə müxalif düşüncəli media Rusiyada işini davam etdirir və heç kim onları bir gecədə dayandırmır, buna görə də burada hər hansı bir müqayisə aparmaq axmaqlıqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*