Ukrayna kəşfiyyatı: “Rusiya İrandan “Şahed”lərin yeni partiyasını alıb”backend

Ukrayna kəşfiyyatı: “Rusiya İrandan “Şahed”lərin yeni partiyasını alıb”

Rusiya İrandan “Şahed” zərbə PUA-larının yeni partiyasını alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andrey Yusov ümumukrayna telemarafonunun canlı yayımında bildirib.

“Bəli, bu yeni partiyadır, lakin “Şahed”lərin ilkin kütləvi istifadəsi ilə müqayisədə bu, açıq şəkildə daha kiçikdir. Biz indi sayı şərh etmirik, amma görürük ki, məsələn, dünənki kütləvi terror raket zərbələri zamanı “Şahid”lərdən istifadə olunmayıb. Bütün digər mövcud vasitələrdən, bütün raket silahlarından istifadə edilib”.

İran istehsalı ballistik raketlərə gəldikdə isə, Yusovun sözlərinə görə, kəşfiyyat Rusiya Federasiyası ilə İran arasında ilkin razılaşmalardan və təcavüzkarın bu raketləri əldə etmək üçün göstərdiyi fövqəladə səylərdən xəbərdardır:

“Bugünkü duruma əsasən Ukraynada istifadə üçün Rusiyada İran istehsalı ballistik raket görməmişik. Ancaq belə bir ehtimal var”.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.

Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahed” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi.

Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.

Oktyabrın 3-də Ukrayna Müdafiə Nazirliyi hərbçilərinin Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mühacir-6” PUA-sını endirdiyini elan etmişdi.

Oktyabrın 28-də həmin dronlarda digər ölkələrlə yanaşı Ukraynamənşəli komponentin aşkarlandığı açıqlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*