Ukrayna Kursk və Belqorodu hədəfə aldı – Ölənlər varbackend

Ukrayna Kursk və Belqorodu hədəfə aldı - Ölənlər var

Ukraynanın pilotsuz uçuş aparatları vasitəsilə Kursk və Belqorod vilayətlərini atəşə tutması nəticəsində bir nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Belqorodun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O bildirib ki, dronların hədəfində Notosryovka kəndi olub. Merin sözlərinə görə, hadisə zamanı daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Kurskun Sudja kəndində isə yerli sakinlərdən biri pilotsuz uçuş aparatının zərbəsinə tuş gəlib. Vilayətin qubernatoru bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həkimlər yaralı şəxsin həyatını xilas edə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*