Ukrayna Luqanskda neft bazasını vurdu – Ölən və yaralananlar var backend

Ukrayna Luqanskda neft bazasını vurdu – Ölən və yaralananlar var 

Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya işğalında olan Luqanskın Rovenki şəhəri yaxınlığında neft bazasına zərbə endirib.

KONKRET.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bazada güclü yanğın başlayıb.

Qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri Leonid Paseçnik Luqanskda fövqəladə vəziyyətin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, şəhər hüdudlarında yerləşən neft anbarı hücuma məruz qalıb. Hadisə nəticəsində neft bazasının 1 əməkdaşının həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*