Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə etdibackend

Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə etdi

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin bütün əmlakını dövlətin xeyrinə müsadirə edib.

KONKRET.az xəbər verir ki, bu haqda Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz teleqram kanalında məlumat yayıb.

“Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Yanukoviçin bütün əmlakını, o cümlədən Mejiqoriyadakı iqamətgahını, Suxoluçyadakı mehmanxana və restoran kompleksini, mənzil, pul və çox sayda mədəni sərvətini müsadirə edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ukrayna Ədliyyə Nazirliyinin rəis müavini İrina Mudraya bir müddət əvvəl departamentin eks-prezident Viktor Yanukoviçə qarşı ölkədəki aktivlərinin və əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırmağa hazırlaşdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*