Ukrayna MN: “Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib”backend

Ukrayna MN: "Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib"

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar həcmində yardım edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib.

“2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox yardım edib”, – Umerov qeyd edib.

Nazirin “Facebook”da yazdığına əsasən, danışıqlar zamanı ərazilərin minalardan təmizlənməsi, istehkamlar üçün avadanlıq və Ukrayna üçün təcili yardım maşınlarının verilməsi məsələləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*