Ukrayna Monqolustana demarş elan etdibackend

Ukrayna Monqolustana demarş elan etdi

Ukrayna Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs olunmaması ilə bağlı qərarı ilə əlaqədar Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat yerləşdirilib.

“Monqolustan tərəfi, Roma Əsasnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını icra etməkdən imtina etməsindən Ukraynanın dərin məyusluğu barədə məlumatlandırılıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq. Eyni zamanda XİN ümid edir ki, Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*