Ukrayna müharibədən sonra Qərbdən silah almağa davam edəcək – Şolts AÇIQLADIbackend

Ukrayna müharibədən sonra Qərbdən silah almağa davam edəcək - Şolts AÇIQLADI

Ukrayna müharibə bitdikdən sonra da Qərb silahlarını almağa davam edəcək.

KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Welt”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri hələ ki, Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etmir, çünki münaqişə bitməyib.

“Gələcəkdə biz təhlükəsizlik zəmanətindən danışmalıyıq. Müharibədən sonra Ukrayna Qərb istehsalı olan silahlarla təchiz olunacaq”, – deyə kansler bildirib.

Qeyd edək ki, aprelin 13-də Avropa Şurası Sülh Fondu vasitəsilə Ukraynaya 1 milyard avro dəyərində sursat tədarükü planını təsdiqləyib. May ayında isə Aİ Ukrayna Silahlı Qüvvələri üçün mərmi istehsalının artırılması planını təqdim edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*