Ukrayna münaqişəsi ilə bağlı Trampın yeni planı üzə çıxdıbackend

Ukrayna münaqişəsi ilə bağlı Trampın yeni planı üzə çıxdı

Donald Trampın təklif ilə Ukrayna Rusiyanın xeyrinə ərazi güzəştləri etməyi düşünə bilər.

KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Trampa yaxın mənbələr deyib. Agentliyin məlumatına görə, Tramp hələ ki, Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün işçi qrupu hazırlamayıb.  Belə başa düşülür ki, Trampın təkliflərinə uyğun olaraq, Ukrayna ərazisinin əhəmiyyətli hissəsi Rusiyanın nəzarətinə keçə bilər. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyünün dayandırılacağı, lakin gündəmdən çıxarılmayacağı bildirilir. Rusiya Trampın təklifiylə razılaşmasa ABŞ  Ukraynaya silah tədarükünü davam etdirəcək. Trampın müşavirləri vurğulayırlar ki, münaqişənin uğurlu həlli Amerika prezidentinin təşəbbüsü  ilə həm Vladimir Putin, həm də Vladimir Zelenski arasında şəxsi danışıqlardan asılı olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*