Ukrayna müqaviləni yeniləməkdən imtina etdi – 800 milyon itirəcəkbackend

Ukrayna müqaviləni yeniləməkdən imtina etdi - 800 milyon itirəcək

“Ukrayna Rusiya qazının öz ərazisindən tranziti ilə bağlı müqaviləni yeniləməkdən imtina edib. Bu, onun strateji mövqeyini əhəmiyyətli dərəcədə zəiflədəcək və iqtisadi itkilərə səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məqalə dərc edib.

Bildirilib ki, Ukrayna ərazisindən tranzitin başa çatması Avropanın enerji bazarında qeyri-müəyyənliklə müşayiət olunan dövrün sonu olacaq.

Vurğulanıb ki, Ukrayna hər il təqribən 800 milyon dollar itirə bilər və yeni müqavilənin bağlanması ciddi səy tələb edir.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*