backend

Ukrayna ordusu Baxmutun bir sıra yerlərində mövqeləri geri qaytardı

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar.

KONKRET.az UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində danışıb.

“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub”, – Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri  üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*