Ukrayna ordusu Bryansk şəhərinin Klintsı şəhəri yaxınlığında Rusiyanın “İsgəndər” operativ taktiki raket kompleksini sıradan çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ordu və Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi birgə əməliyyat nəticəsində bir buraxılış qurğusu məhv edilib, daha iki buraxılış qurğusu isə zədələnib.