Ukrayna ordusu Voroneji VURDU – Çox sayda yaralı varbackend

Ukrayna ordusu Voroneji VURDU - Çox sayda yaralı var

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Voronej şəhərinə dron hücumu nəticəsində yaralananların sayı yeddiyə çatıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən Mash teleqram kanalı yayıb. Bildirilir ki, Plexanov küçəsində yerləşən yaşayış binasına dron qalıqları düşüb – nəticədə üç yaşlı sakin xəsarət alıb.

Hücum zamanı həmçinin binaya yaxınlıqda yerləşən uşaq bağçası və “Çijov Qalereyası” adlı biznes mərkəzinin çoxmərtəbəli binası da zədələnib.

Yerli sakinlərin sözlərinə görə, hücumun ardından şəhərdə artıq səhər saat 8-dən ciddi tıxaclar yaranıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*