Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu haqda teleqram kanalında məlumat verib.
“Mən general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdim”, – deyə Zelenski açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Sırski Ukrayna quru qoşunlarının komandanı vəzifəsində çalışıb.