Ukrayna rus neftinə 30 dollarlıq qiymət tavanı istəyirbackend

Ukrayna rus neftinə 30 dollarlıq qiymət tavanı istəyir

Ukraynanın xarici işlər naziri Andrey Sibiga Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və xüsusilə Rusiya neftinin qiymət tavanının 30 dollar səviyyəsində müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Sibiga bu tələbin G7 sammitində gündəmə gətiriləcəyinə ümid etdiyini bildirib:
“Ümid edirik ki, bu istiqamətdə qərarlar qəbul olunacaq və Kanadada keçiriləcək G7 sammiti zamanı rəsmi şəkildə təsdiq ediləcək”, – deyə nazir qeyd edib.

Ukrayna rəsmisi həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların və dondurulmuş Rusiya aktivlərinin taleyinə də toxunub. Sibiganın sözlərinə görə, bu sahədə də daha çox siyasi iradə və qətiyyət tələb olunur:
“Bu məsələdə də daha çox iradə və qərarlılıq lazımdır. G7 sammitindən gözlənilən əsas qərarlardan biri də məhz bu ola bilər”, – deyə Ukrayna XİN rəhbəri əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*