Ukrayna Rusiyanı Beynəlxalq Ədalət Məhkəməsinə verdibackend

Ukrayna Rusiyanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi

“Ukrayna Rusiyanın soyqırım konvensiyasını pozması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə memorandum təqdim edib”.

KONKRET.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb:

“Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə memorandum təqdim edib. Biz sübut edirik ki, Rusiya Ukraynanı “soyqırımı”nda ittiham edərək öz hərbi təcavüzünə haqq qazandırmaqla “Soyqırımı haqqında Konvensiya”nı pozub”.

Kuleba qeyd edib ki, bu, Rusiyanı məsuliyyətə cəlb etmək və Ukraynaya dəymiş ziyanı ödəmək üçün mühüm addımdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT-yə terrorçu dövləti konsepsiyasının hüquqi cəhətdən konsolidasiyası təklifini irəli sürüb.

Bundan əlavə, Ukrayna Rusiya Federasiyasının Baş Assambleya və BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmasını tələb edir. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*