“Ukrayna Sülh Formulunu dəstəkləyirik” – Borrelbackend

"Ukrayna Sülh Formulunu dəstəkləyirik" - Borrel

“Avropa İttifaqı Ukrayna Sülh Formulunu tam dəstəkləyir və onu yeganə sülh planı hesab edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel NATO-nun Vaşinqtonda keçirilən sammitində bildirib.

“Ukraynanı dəstəkləməyin yalnız müharibəyə töhfə verəcəyindən şikayət edənlərə deyirəm: əgər biz Ukraynanı dəstəkləməyi dayandırsaq, müharibə mütləq bitəcək. Amma necə? Ukraynanın təslim olması ilə? Ortada təcavüzkar tərəfindən əzilən Ukrayna xalqı qalacaq. Biz müharibənin belə bitməsini istəyirik? Xeyr”, – deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Borrelin sözlərinə görə, Ukraynanın təslim olmasını istəməyənlər onu dəstəkləməyə davam etməlidir

“Bu, Avropa İttifaqının mövqeyidir. Bütün Aİ bu mövqeyi dəstəkləyir. Lakin Avropa İttifaqı üçün Zelenskinin planından başqa heç bir plan yoxdur. Bu, bizim, avropalılar üçün yeganə sülh formuludur”, – deyə Borrel fikrini yekunlaşdırıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*