“Xarici media nümayəndələri Xarkov vilayətinin Kupyansk və Donetsk Xalq Respublikasının Krasnoarmeysk bölgələrində döyüş bölgələrinə getsələr, hüquqi nəticələrlə üzləşə bilərlər”.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 30-da Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxyi deyib.
“Rusiyadan bu bölgələrə səfər edən jurnalistlər Ukrayna qanunlarını pozacaqlar”.
Onun sözlərinə görə, Kiyev Rusiyanın bu cür press-turlar təşkil etmək təşəbbüsünə etimadsızlıqla yanaşır və onun öhdəliklərini yerinə yetirməyəcəyinə inanır.
Dəniz Pənahova
KONKRET.az

