Ukrayna XİN Çinin “sülh planı”na cavab verdibackend

Ukrayna XİN Çinin “sülh planı”na cavab verdi

Ukraynanın xarici siyasət idarəsi Çinin diqqətini Ukraynada ədalətli və uzunmüddətli sülhün əldə edilməsinə necə əməli töhfə verə biləcəyinə cəlb edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, ukraynalı diplomatlar Çin Xalq Respublikasının xarici işlər naziri cənab Van Yinin türk həmkarı ilə keçirdiyi mətbuat konfransında söylədiyi sözlərə münasibət bildiriblər.

“Çin bütün dünya ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və bütün gücü ilə sülh üçün mübarizə əzmini bəyan edir. Gələn həftə İsveçrədə Qlobal Sülh Sammiti keçiriləcək. Hesab edirik ki, sülhün bərpasına səmimiyyətlə can atan bütün ölkələr sammiti pozmaq üçün səy göstərməkdənsə, onun müvəffəqiyyətlə keçirilməsi üçün birlikdə çalışmalıdır”, – deyə Ukrayna Xarici İşlər nazirliyinin (XİN) bəyanatda deyilir.

Ukrayna XİN-i əmindir ki, “ÇXR-in yüksək nümayəndəsinin sammitdə iştirakı Ukraynada ədalətli və uzunmüddətli sülhün əldə edilməsinə və onun ərazi bütövlüyünün bərpasına əməli töhfə vermək üçün yaxşı fürsət ola bilər”.

Ukrayna XİN-i diqqətə çatdırıb ki, məhz Ukrayna sülhün necə olacağını müəyyənləşdirməlidir, çünki Rusiya təcavüzünün dağıdıcı nəticələrindən tam əziyyət çəkən Ukrayna tərəfidir: “Belə sülhə nail olmaq üçün yeganə ədalətli əsas Ukrayna prezidenti Vladimir Zelenskinin Sülh Formuludur”.

Qeyd edək ki, ölkəsinin İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində iştirak etməyəcəyini bəyan etdikdən bir neçə gün sonra Çin xarici işlər naziri bildirib ki, iyirmidən çox ölkə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Pekinin baxışlarını dəstəkləyir. O, qeyd edib ki, “sülh danışıqları üçün şərtlər hələ hazır deyil” və Çin Ukraynadakı sülh görüşlərində iştirakla bağlı “öz qərarlarını verəcək”.

Çinli diplomat Ukraynanın Rusiyanın 2014-cü ildən bəri ilhaq etdiyi bütün ərazilərdən hər hansı danışıqlar başlamazdan əvvəl qoşunlarını çıxarması ilə bağlı əsas tələbinə toxunmayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*