Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə səmasında Ukraynaya məxsus 55 PUA vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Bryansk vilayəti üzərində 22, Rostov vilayəti üzərində 12, Smolensk vilayəti üzərində 10, Voronej vilayəti üzərində 6, Saratov vilayəti üzərində 4, Kursk vilayəti üzərində isə 1 PUA məhv edilib. Qeyd edək ki, PUA hücumu zamanı Smolensk vilayətində bəzi binalarda yanğınlar baş verib. Əksər yaşayış binalarının pəncərələri zədələnib. Voronej vilayətindəki neft bazasında da yanğın baş verib.
Vəli Həsənoğlu,
KONKRET.az