Ukrayna yeni hücuma hazırlaşırbackend

Ukrayna yeni hücuma hazırlaşır

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Entoni Radakinlə telefon danışığında bildirib ki, London Qərbin Rusiyanın dərinlilklərinə zərbələr endirmək üçün təkliflər hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb:

“Biz əməliyyat və strateji dərinlikdə düşmənin hərbi obyektlərinin vurulması imkanlarını ayrıca müzakirə etdik. Hazırda Britaniya tərəfi qələbə planının praktiki icrası çərçivəsində öz təklifləri üzərində işləyir”, -deyə  Sırski bildirib.

O qeyd edib ki, britaniyalı həmkarını təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.  Həmçinin Böyük Britaniyaya Ukraynaya verdiyi möhkəm və sarsılmaz dəstəyə görə təşəkkür edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*