Ukraynada azərbaycanlı baş əsgər rus snayperin açdığı atəş nəticəsində həlak oldu – FOTObackend

Ukraynada azərbaycanlı baş əsgər rus snayperin açdığı atəş nəticəsində həlak oldu - FOTO

Ukraynada azərbaycanlı baş əsgər Əli Alxaslı rus snayperin açdığı atəş nəticəsində həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxsləsin doğmalarının yaratdığı Ümumukrayna birliyinin rəhbəri Marina Polyakova məlumat verib.

Ukrayna Silahlı Qüvvələrinin 29 yaşlı baş əsgəri əslən azərbaycanlı Əli Naib oğlu Alxaslı noyabrın 27-də Ukrayna – Rusiya cəbhəsinin Novomixaylovka sahəsində Rusiya snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb. Həkimlərin bütün səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.
Marina Polyakovanın dediyinə görə Əlinin həyat yoldaşı Ukraynanın Xarkov şəhərində, anası isə Azərbaycanda yaşayır.
“Əli ordu sıralarına 2018-ci ildə qoşulub. O, cəbhədə 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın atəş dəstəyi taqımının tank əleyhinə bölüyünün tərkibində öz ikinci vətəni olan Ukraynanı qoruyub. Orduda da Əli fəal idmançı olub, döyüş sənəti ilə peşəkar səviyyədə məşğul olub və dalbadal qələbələr qazanıb. Həmişə rinqə üzərində ukrayna dilində “Döyüşçü” yazılmış formada çıxıb”, -deyə Polyakova bildirib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*