Ukraynada bir neçə vəzifəli şəxs İSTEFAYA GÖNDƏRİLDİbackend

Ukraynada bir neçə vəzifəli şəxs İSTEFAYA GÖNDƏRİLDİ

Ukrayna Nazirlər Kabineti dörd nazir müavinini və beş vilayət administrasiyasının rəhbərini vəzifədən azad edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin rəhbəri Oleq Nemçinov öz teleqram kanalında məlumat verib.

Belə ki, Ukrayna Nazirlər Kabineti Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbərləri Aleksandr Starux, Kiyev Regional Hərbi Administrasiyasından Oleksiy Kuleba, Sumı və Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbərlərini vəzifələrindən azad edib.

Həmçinin Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov,  icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavinləri İvan Luker və Vyaçeslav Neqoda, sosial siyasət nazirinin müavini Vitali Muzıçenko da vəzifələrindən uzaqlaşdırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*