backend

Ukraynada məhdudiyyətlərin yumşaldılması koronavirusa yoluxanların sayını kəskin artırdı

Aprelin 20-dən bu günə qədər Ukraynada aktiv COVID-19 xəstələrinin sayı 386 faiz artaraq 20.083 nəfərə çatıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fakt Ukrayna İctimai Sağlamlıq Mərkəzi tərəfindən elan edilib.

Orta hesabla əhalinin hər 100 min nəfərinə 48 xəstə düşür. Bu, nisbətən yüksək göstəricidir.

Xəstələnməsi təsdiq edilmiş aktiv xəstələrin sayının gündəlik artımı əvvəlki ilə müqayisədə 4,1 faiz yuxarı olub.

Xəstələnənlər arasında qadınlar 57,6 faiz, 30-69 yaşlı insanlar 72,5 faiz təşkil edir.

İyunun 23-ü üçün olan məlumata görə, Ukraynada laboratoriya tədqiqatları ilə təsdiq edilmiş 38.074 nəfər COVID-19 xəstəsi var. Onlardan 833 nəfəri son gün ərzində aşkar edilib. Sağalanların sayı artaraq 16.956 nəfərə çatıb (44,5 faiz), 1.035 nəfər ölüb (2,7 faiz).

Qeyd edək ki, Ukraynada son 2 həftədə koronaviruslu xəstələrin nisbətən böyük birgünlük artımı müşahidə olunur. Ukrayna hökuməti, o cümlədən Səhiyyə Nazirliyi hesab edir ki, bu artımın əsas səbəbi karantin məhdudiyyətlərinin zəiflədilməsi və əhalinin müəyyən edilmiş qaydalara riayət etməməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*