Rusiyanın Ukraynaya qarşı müharibəsi ən yaxşı halda 2 aya, pis halda isə bir ilə yekunlaşacaq.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın “Qlavkom” nəşrinə müsahibəsində Nikolayev Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Vitali Kim deyib.
O, müharibənin diplomatiya yolu ilə sona çatacağına inandığını deyib.
“İstənilən halda, onlar hansısa kağıza imza atacaqlar. Buna görə də mən 100% əmin ola bilərəm ki, müharibə diplomatik yolla başa çatacaq. Görünür, hər kəsə müharibənin başa çatması şərtlərini əks etdirən konkret sənəd lazımdır”.
Ekspertin qeyd etdiyi kimi, hər bir müharibə sülh və ya təslimiyyətlə başa çatır, ona görə də savaşı diplomatik yollarla bitirmək tamamilə mümkündür. Mənim şəxsi proqnozum budur ki, həmin vaxt iki aydan bir ilə qədər çəkə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az