Ukraynanın dil ombudsmanı Elena İvanovska ölkə Konstitusiyasından rus dili ilə bağlı maddənin çıxarılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, İvanovskanın sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı silahlı təcavüz şəraitində rus dili təkcə ünsiyyət vasitəsi deyil, həm də “destabilləşdirmə alətinə” çevrilib:
“Xüsusilə, rus dilinə verilmiş xüsusi statusun ləğv olunması vacibdir. Qanunvericilikdəki simvolik bərabərsizlik aradan qaldırılmalıdır”, – deyə o vurğulayıb.
Söhbət Ukrayna Konstitusiyasının 10-cu maddəsindən gedir. Həmin maddədə bildirilir: “Ukraynada rus dili və digər milli azlıqların dillərinin sərbəst inkişafı, istifadəsi və qorunması təmin edilir.”
Natiq Səlim,
KONKRET.az